Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb

-- Bəzi yerlərdə yağış gözlənir

Sentyabrın 1-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.
 
Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyinin əsəcəyi təxmin edilir.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 20-24, gündüz 28-32, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti proqnozlaşdırılır.
 
Sentyabrın 1-də Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi, lakin axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənir. Gecə 18-23, gündüz 30-35, dağlarda gecə 12-17, gündüz 20-25 dərəcə isti təxmin edilir.
 

Google+ WhatsApp ok.ru