Sabah Azərbaycan rayonlarında 38 dərəcə isti olacaq

Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildirilib ki, avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz, dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Abşeron yarımadasında havanın temperaturu gecə 22-26, gündüz 30-35 dərəcə isti olacaq. Bakıda gecə 22-24, gündüz 32-34 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 33-38, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq. 

Google+ WhatsApp ok.ru