Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar, qar yağacaq 16 Dekabr 2015 02:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, günün ikinci yarısında əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, dekabrın 17-də paytaxtda və yarımadada mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 17-də bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Teqlər : #Sabah Azərbaycanın bəzi rayonlarında sulu qar,#qar yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakının mərkəzində daha 1000 ev və obyekt söküləcək Sürücülərin nəzərinə: Bu yollarda hərəkət qaydaları dəyişdirilir