Sabah Azərbaycanda havanın maksimum temperaturu 12 dərəcə olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 20-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 0-4, gündüz 8-11, Bakıda gecə 1-3, gündüz 9-11 dərəcə isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunundan 765 mm civə sütununa enəcək, nisbi rütubət isə gecə 75-85, gündüz 65-70 faiz təşkil edəcək.
 
Azərbaycanın rayonlarında dekabrın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şərq rayonlarında çiskinli olacağı ehtimalı var.
 
Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim qərb küləyi əsəcək.
 
Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir. /
 

Google+ WhatsApp ok.ru