Sabah Azərbaycanda havanın temperaturu 4 dərəcəyədək aşağı enəcək 24 May 2016 01:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, paytaxt və yarımadada gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 15-18, gündüz 20-24, Bakıda gecə 16-18, gündüz 22-24 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 25-də şimşək çaxacağı, arabir yağış yağacagı gözlənilir. Gecə və səhər bəzi yerlədə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarada əsasən yağmursuz olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, mayın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ayın 26-27-də amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Teqlər : #Sabah Azərbaycanda havanın temperaturu 4 dərəcəyədək aşağı enəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ağdama güclü dolu yağdı - Ciddi fəsadlar var Azərbaycanda elektron resept sistemi tətbiq ediləcək