Sabah Azərbaycanda havanın temperaturu 30 dərəcəyədək yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, paytaxt və yarımadada gündüz mülayim cənub küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 25-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 26-da hava şəraiti əsasən yağmursuz, lakin axşam və gecə bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacagı gözlənilir. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 13-18, gündüz 25-30, dağlarda gecə 5-10, gündüz 15-20 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 25-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, ayın 26-27-də amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Google+ WhatsApp ok.ru