Sabah Azərbaycanda havanın temperaturu 35 dərəcəyə yüksələcək 15 İyun 2016 01:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.Az-a verilən məlumata görə, paytaxtda və yarımadada cənub-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 28-33, Bakıda gecə 18-20, gündüz 30-32 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında iyunun 16-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-21, gündüz 30-35, dağlarda gecə 11-16, gündüz 20-25 dərəcə isti qeydə alınacaq. / Teqlər : #Sabah Azərbaycanda havanın temperaturu 35 dərəcəyə yüksələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kür və Araz çaylarında monitorinqin nəticələri təhlükədən xəbər verir Ankara AB-nin Türkiyədəki səfirinin istefasına reaksiya verib