Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək 11 Dekabr 2015 02:00 Ölkə Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 8-12, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında dekabrın 12-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq rayonlarında çiskinli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Abşeron yarımadasın iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əsasən əlverişlidir. Teqlər : #Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Memarlıq və İnşaat Universitetinin prorektoru vəfat edib `Bütün günü iş gözləyirik`