Sabah Bakıda yağış yağacaq 10 Mart 2016 02:00 Ölkə Sabah Azərbaycanda müşahidə olunacaq hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Maide.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah gecə və səhər bəzi yerlərdə duman olacağı, axşam isə yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-14, Bakıda gecə 5-7, gündüz 11-13 dərəcə isti olacağı gözlənilir. Azərbaycan rayonlarında martın 11-da arabir yağış yağacağı bildirilir. Yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlədə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 0-5, gündüz 5-10 dərəcə isti olacaq. Teqlər : #Sabah Bakıda yağış yağacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran prezidentinin müavini: “Ölkəmizə ən çox turist İraq və Azərbaycandan gəlir” Martın 23-də Ay tutulacaq