Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq

Sabah Bakının bir neçə rayonunda qaz olmayacaq

Sabah saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Alatava” və “Puta” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.
 
Maide.Az SOCAR-ın saytına istinadən xəbər verir ki, təmir müddətində Qaradağ rayonun Güzdək və Qızdaş qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Aparılan işlərin Bakı şəhəri Binəqədi rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. /

Google+ WhatsApp ok.ru