Sabah bu ərazilərdə qaz təchizatı məhdudlaşdırılacaq 16 Yanvar 2017 02:00 Ölkə Sabah Abşeron magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. SOCAR-dan Maide.Az-a verilən məlumata görə, yanvarın 17-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Hərbi-hissə” (Xaşa-xuna) və “Zeytun” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq. Təmir işlərinin Bakı şəhəri Xəzər rayonunun Xaşaxuna Bağ massivi, Şüvəlan və Qala qəsəbələrinin bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. / Teqlər : #Sabah bu ərazilərdə qaz təchizatı məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məcburi köçkünlər üçün güzəşt limiti ləğv olundu 7 ildə 130 neftçi həlak olub