Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksələcək 23 Dekabr 2014 02:00 Ölkə Sabahdan Azərbaycan ərazisində havanın temperaturunun yüksəlməsi müşahidə olunacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, ancaq küləkli hava şəraiti davam edəcək. Ölkə ərazisində cənub-qərb küləyi üstünlük təşkil edəcək. Dekabrın 24-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, arabir güclənəcək, axşam isə şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gecə 4-6, gündüz 8-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da dekabrın 24-də hava" style="line-height: 1.6em;">hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Lakin şərq rayonlarında az yağıntılı olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti olacaq. / Teqlər : #Sabahdan Azərbaycan ərazisində havanın temperaturu yüksələcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 12 saylı seçki məntəqəsində əlbəyaxa - VİDEO 5700-dən çox əlil və şəhid ailəsi mənzil və ya fərdi evlə təmin ediləcək