Sabahdan Bakıda bütün şirkət və idarələrdə iş saatları dəyişdirilir

Sabahdan Avropa Oyunları ilə əlaqədar Bakıda pilləli iş rejiminə keçiləcək.
 
Nazirlər Kabineti Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkətini təmin etmək, işçi qüvvəsinin və tamaşaçıların ictimai nəqliyyat sisteminin mövcud imkanlarından tam şəkildə istifadə etmələrinə şərait yaratmaq üçün sərəncam verib.
 
Sərəncamda qeyd edilib ki, 2015-ci il mayın 1-dən iyulun 1-dək Bakıda fəaliyyət göstərən dövlət orqanlarında, dövlət müəssisə və təşkilatlarında çalışan işçilərin (növbəli iş vaxtı rejimi əsasında və təhsil müəssisələrində işləyənlər istisna olmaqla) əmək funksiyalarını nəzərə almaqla, iş vaxtı rejimi pilləli şəkildə müəyyənləşib.
 
Sərəncama əsasən, işçilərin 25%-i üçün saat 08:00-dan 17:00-dək, 25%-i üçün saat 08:30-dan 17:30-dək, 25%-i üçün 09:00-dan 18:00-dək, 25%-i üçün 09:30-dan 18:30-dək qrafik tətbiq olunacaq.
 
Özəl şirkətlərdə isə işçilərin 50%-i saat 08:00-dan 17:00-dək, 50%-i 08:30-dan 17:30-dək işləyəcək.

Google+ WhatsApp ok.ru