Sabahdan hava dəyişəcək - PROQNOZ 19 Mart 2016 02:00 Ölkə Martın 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir, axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Maide.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 5-8 dərəcə isti, günün 1-ci yarısı 14-18 dərəcə isti, axşama doğru 8 dərəcə isti, Bakıda gecə 6-8 dərəcə isti, günün birinci yarısı 15-17 dərəcə isti, axşama doğru 8 dərəcə isti olacaq. Martın 20-də Azərbaycanın rayonlarında arabir yağış yağacaq, bəzi yerlərdə intensiv olacaq, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu Aran rayonlarında gecə 2-6 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. / Teqlər : #Sabahdan hava dəyişəcək PROQNOZ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Novruz bayramı süfrəsi 37 faiz bahalaşıb Novruza həsr olunmuş bayram şənlikləri