Sabahdan iş saatının vaxtı dəyişir 04 İyun 2020 13:28 Ölkə Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində cümə günü saat 14:00-dan bazar ertəsi səhərə qədər iş qrafikinin tam məhdudlaşdırılacağı ilə bağlı qərar qəbul olunub. Unikal.org-un məlumatına görə, dövlət və özəl müəssisələr sabah saat 14:00-a kimi fəaliyyət göstərəcək. Buna görə artıq yerli icra hakimiyyəti və bir sıra dövlət orqanlarının əməkdaşlarına məlumat verilib. Onların qaydalara ciddi əməl etmələri tövsiyə olunub. Qeyd edək ki, hazırda Baş nazir Əli Əsədovun başçılığı ilə iclas keçirilir və yaxın saatlarda qərarla bağlı detallar ictimaiyyətə açıqlanacaq. Teqlər : #Sabahdan,#iş,#saatının,#vaxtı,#dəyişir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni tədris ilində I sinifdə 165 mindən çox uşağın təhsil alacağı proqnozlaşdırılır Sabahın hava proqnozu açıqlanıb