Sabahdan Novruz tətili başlayır

Sabahdan Novruz tətili başlayır

Sabahdan – martın 20-dən Azərbaycanda Novruz bayramı tətili başlayır.
 
Maide.Az  xəbər verir ki, Azərbaycanda martın 20-si və 21-i Novruz bayramıdır.
 
Novruz tətili isə 20-28 mart tarixlərini əhatə edir. Belə ki, Baş Nazir Əli Əsədovun iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə imzaladığı qərarla 2020-ci ilin 29 mart istirahət günü ilə 27 mart iş gününün yeri dəyişdirilib.
 
Beləliklə, bu il 20-28 mart tarixləri qeyri-iş günləridir. Növbəti iş günü martın 29-dur.
 

Google+ WhatsApp ok.ru