Sabah hava küləkli və yağışlı olacaq 15 Oktyabr 2016 01:00 Ölkə Oktyabrın 16-da Bakı və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Maide.Az-a verilən xəbərə görə, şimal-qərb küləyi axşama doğru arabir güclənəcək. Havanın temperaturunun yarımadada gecə 11-13° isti, gündüz 14-17° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 768 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək. Sabah Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 10-14° isti, gündüz 15-20°, dağlarda gecə 3-6° isti, gündüz 7-12° isti olacağı gözlənilir. / Teqlər : #Sabah hava küləkli və yağışlı olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dövlət qurumları qışa hazırdırmı? Bu avtomobillərin istifadəsi qadağan olunur