Sabah hava necə olacaq? 07 Oktyabr 2020 12:52 Ölkə Oktyabrın 8-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Maide.Az bidlirir ki, ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 19-21, Bakıda gecə 12-14, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 45-50 faiz olacaq. Sabah Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-12, gündüz 18-22, dağlarda gecə 2-6, gündüz 8-11 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoz Oktyabrın 8-9-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir. Teqlər : #Sabah,#hava,#necə,#olacaq?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Abituriyentlərin qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı oktyabrın 12-dək uzadılıb Xətai rayonuna suyun verilməsi dayandırılacaq