Sabah havanın maksimum temperaturu 39 dərəcə olacaq

Sabah havanın maksimum temperaturu 39 dərəcə olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, iyulun 16-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-37° isti, Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacağı gözlənilir.
 
Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % təşkil edəcək.
 
Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 20-21°, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23°, Türkan, Hövsan, Sahil, Şıxda 24-25° isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin səhər və axşam Böyük Qafqazın bəzi yerlərində şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 14-19° isti, gündüz 23-28° isti olacağı gözlənilir. (trend) //

Google+ WhatsApp ok.ru