Sabah hava yağmursuz olacaq 26 Mart 2015 02:00 Ölkə Sabah Azərbaycanda hava şəraiti əsasən yağmursuz keçəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Martın 27-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı, axşam buludluluğun artacağı gözlənilir. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək, havanın temperaturu gecə 5-7, gündüz 11-16 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında isə hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək, havanın temperaturunun gecə 4-8, gündüz 11-16, bəzi yerlərdə 19 dərəcəyə qədər isti olacağı gözlənilir./ Teqlər : #Sabah hava yağmursuz olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru DYP-dən sürücülərə XƏBƏRDARLIQ Azərbaycanın çoxmilyardlıq layihəsi amerikalılara verildi