Sabahın hava proqnozu

Aprelin 16-da Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə yarımadanın bəzi yerlərin yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Maide.az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 10-12 dərəcə isti, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 10-12 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq.
 
Aprelin 16-da Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin gündüz qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Axşam bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu Aran rayonlarında gecə 9-14 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir

Google+ WhatsApp ok.ru