Sabahın hava proqnozu açıqlanıb - XƏBƏRDARLIQ 08 Fevral 2019 12:59 Ölkə Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 fevralda gözlənilən hava şəraiti ilə bağlı məlumatı açıqlayıb. Maide.Az bildirir ki, Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək. Bəzi yerlərdə yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 3 dərəcəyə yaxın isti, gündüz 5-8 dərəcə isti, Bakıda gecə 3 dərəcəyə yaxın isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1-5, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti təşkil edəcək. Xəbərdarlıq Fevralın 8-i axşamdan 12-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var. Teqlər : #Sabahın,#hava,#proqnozu,#açıqlanıb,#XƏBƏRDARLIQ, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzər məsələləri üzrə ilk iclasinin tarixi məlum olub Özəlləşdirmə ilə bağlı YENİ TƏLƏBLƏR - Obyektlərə 10 il sonra dəyişiklik edilə bilər