Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Sabah Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq, mülayim şimal küləyi əsəcək.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən xəbərə görə, havanın temperaturu  gecə 19-23° isti, gündüz  26-31° isti, Bakıda gecə 21-23° isti, gündüz  29-31°  isti təşkil edəcək.
 
Azərbaycanın rayonlarında sabah əsasən yağmursuz keçəcək, lakin gündüz bəzi dağlıq rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
 
Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38° isti, dağlarda gecə 11-16° isti,  gündüz 21-26°  isti təşkil edəcək.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 8-9-da Abşeron yarımadasında mülayim xəzri küləyinin əsəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün müsbət amildir.
 

Google+ WhatsApp ok.ru