Sabahın hava proqnozu açıqlanıb

Sabahın hava proqnozu açıqlanıb

Martın 2-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər bəzi yerlərdə zəif çiskin olacaq, mülayim şimal küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəz olunacaq.
 
ETSN-nin Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 3-5,  gündüz  6-9, Bakıda gecə 3-5,  gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunu, nisbi rütubət  gecə 70-80 faiz təşkil edəcək.  
 
Martın 2-də Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, gündüz yağıntının tədricən kəsiləcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq, qərb küləyi əsəcək. 
 
Havanın temperaturu  gecə 2-6, gündüz 7-10 dərəcə isti, dağlarda gecə 3-8, gündüz 0-3 dərəcə şaxta olacaq. 
 

Google+ WhatsApp ok.ru