Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Bakıda intensiv yağış yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprel ayının 23-nə olan hava proqnozunu açıqlayıb.
 
Maide.Az xəbər verir ki, Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
 
Arabir güclənən şmal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 10-13° isti olacaq.
 
Bakıda gecə 7-9° isti, gündüz 11-13° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək Nisbi rütubət 75-85 % olacaq.
 
Aprelin 23-də Azərbaycanın rayonlarında isə, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.
 
Gecə və səhər saatlarında duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 6-9° isti, gündüz 12-16° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.
 

Google+ WhatsApp ok.ru