Sabahın hava proqnozu açıqlandı

Sabahın hava proqnozu açıqlandı

Ekologiya və Təbii Sərvətlər Nazirliyi may ayının 24-nə olan hava proqnozunu açıqlayıb.

 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
 
Gecə və səhər bəzi yerlərdə duman olacaq, güclü şimal-qərb küləyi əsəcək.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 12-15, gündüz 17-19, Bakıda gecə 13-15, gündüz 17-19 dərəcə isti olacaq.
 
Atmosfer təzyiqi 752 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 40-45 faiz təşkil edəcək.
 
Mayın 24-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 13-18, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti olacaq.
 
Tibbi-meteoroloji proqnoza gəlincə, mayın 24-də Abşeron yarımadasında güclü xəzri küləyinin əsəcəyi və temperaturun xeyli aşağı enəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişsizdir.

Google+ WhatsApp ok.ru