Sabah üçün ölkə ərazisində gözlənilən hava şəraiti 03 Aprel 2018 01:00 Ölkə -- Bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir Aprelin 4-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək, axşam mülayimləşəcək. Maide.Az bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu Abşeron yarımadasında gecə 6-8, gündüz 9-12, Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında aprelin 4-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Gecə və səhər duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoza əsasən, aprelin 3-ü axşam, aprelin 4-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi bəzi meteohəssas insanlarda narahatlıq hissi yaratsa da, aprelin 5-6-da meteoroloji amillərin normal sutkalıq gedişi əksər əhali üçün əlverişlidir. Teqlər : #Sabah üçün ölkə ərazisində gözlənilən hava şəraiti , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Birinci sinfə qəbulla bağlı yenilik Azərbaycanda peyvənddən kənarda qalan uşaqlarla bağlı QƏRAR