Sabah paytaxtda 37, Azərbaycanın rayonlarında 40 dərəcə isti olacaq 14 Avqust 2014 01:00 Xəbərlər Sabah Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, cənub küləyi əsəcək. Havanın temperaturu gecə 24-27, gündüz 32-37 dərəcə isti olacaq. Sabah Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şərq küləyi əsəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75, gündüz 50-55 faiz təşkil edəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 25-26, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 26-27, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 27-28 dərəcə isti təşkil edəcək. Havanın temperaturu gecə 21-26, gündüz 35-40, dağlarda gecə 12-17, gündüz 24-29 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza əsasən, avqustun 15-17-də Abşeron yarımadasında isti temperatur diskomfortu fonunda durğun hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişsizdir. Teqlər : #Sabah paytaxtda 37,#Azərbaycanın rayonlarında 40 dərəcə isti olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Məhbusa narkotik keçirmək üçün bu yola əl atdı Azərbaycan əhalisinin son sayı açıqlandı