Sabah yağış yağacaq

Martın 12-də Bakı və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağl gözlənilir. 
 
Maide.az  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən xəbər verir ki, mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7 dərəcə isti, gündüz 8-13 dərəcə isti, Bakıda gecə 5-7 dərəcə isti, gündüz 10-12 dərəcə isti olacaq.
 
Martın 12-də Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, gecə yüksək dağlıq ərazilərdə sulu qara, qara keçəcəyi ehtimalı var. Ayrı-ayrı yerlərdə duman, şərq küləyi əsəcək. Havanın temperaturu Aran rayonlarında gecə 3-8 dərəcə isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtdan 3 dərəcəyədək isti,  gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.
 
Martın 12-13-də  Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, martın 14-də atmosfer təqyinin xeyli enməsi fonunda gündüz arabir güclənən gilavar küləyi narahatlıq hissi yarada bilər. /
 

Google+ WhatsApp ok.ru