Sabah zəvvarların ilk qrupu Bakıya geri dönəcək

Sabah zəvvarların ilk qrupu Bakıya geri dönəcək

Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu sabah Bakıya dönəcək. 
 
Maide.Az bildirir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Həcc missiyasının üzvü Vüsal Cahangiri bildirib.
 
Onun sözlərinə görə, zəvvarlar avqustun 21-i saat 10:00-da yola düşəcək və 14:20-də Bakıya çatacaqlar. Mədinədən çıxan sonuncu təyyarə avqustun 25-i saat 21:00 radələrində Bakıya çatacaq. 
 
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1440 nəfərlik kvota ayrılıb. Bu il Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edib.
 

Google+ WhatsApp ok.ru