Sakinlər Bakı-Quba yolunu bağladı

Bakı-Quba yolunun Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində kənd camaatı yolu bağlayıb.

Yerli mənbənin verdiyi məlumata görə, Quba rayonunun Mirzəqışlaq kənd sakinləri yolu bağlamaqla sosial problemlərinə diqqət çəkmək istəyirlər. Bildirilir ki, kənddə qaz və işıq problemi var, ən ucqar dağ kəndlərinə yol çəkilsə də, Mirzəqışlağın yolu bərbaddır və rayon rəhbərliyi edilən müraciətləri cavabsız buraxır.

Hazırda rayon polisinin hadisə yerində olduğu vurğulanır. Polisin yolu açmaq üçün sakinlərlə apardığı danışıqlar hələlik nəticə verməyib. axar /

Google+ WhatsApp ok.ru