Sağlamlığa qəsdən yüngül zərər vuranlar daha sərt cəzalandırılacaq

Azərbaycanda qəsdən sağlamlığa yüngül zərər vurma ilə bağlı cəzalar ağırlaşdırılır.
 
Maide.Az xəbər verir ki, Milli Məclisdən verilən məlumata görə, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin 128-ci maddəsinə (Qəsdən sağlamlığa yüngül zərər vurma) dəyişikliklər təkilf edilib.
 
Dəyişikliyə görə, sağlamlığın qısa müddətə pozulmasına və ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma, 500 manatdan 1000 manata qədər cərimə və ya bir ilədək müddətə islah işləri, yaxud bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Hazırda isə bu cəza 300 manata qədər cərimə və ya bir ilədək azadlıqdan məhrum etmədir.
 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 6-da müzakirəyə çıxarılacaq. (apa)

Google+ WhatsApp ok.ru