`Samsung` `Note 7`-nin uğursuz istehsalından $5 mlrd. itirəcək

`Samsung` `Note 7`-nin uğursuz istehsalından $5 mlrd. itirəcək

 
"Samsung" şirkəti "Galaxy Note7" modelinin istehsalının dayandırılmasından növbəti iki rüb ərzində təxminən $3 mlrd. itirəcək. Xəbər verilir ki, bununla ilin son rübündə şirkətin əməliyyat mənfəəti $2,2 mlrd., 2017-ci ilin birinci rübündə isə daha $0,8 mlrd. azalacaq.
 
Bundan əvvəl isə iyul-sentyabr ayları üçün "Samsung"un əməliyyat mənfəəti üzrə proqnoz $2,3 mlrd. azaldılıb. Eyni zamanda, şirkət uğursuz "Galaxy Note7" istehsalından $5 milyarddan çox itirir. "The Wall Street Journal" nəşrinin qiymətləndirmələrinə əsasən bu rəqəm "Samsung"un 2015-ci il ərzində əldə etdiyi mənfəətin təxminən yarısına bərabərdir.
 
Qeyd edək ki, şirkət avqustun 19-dan etibarən "Galaxy Note 7" modelinin satışına başlayıb. Smartfon "Apple" şirkətinin istehsal etdiyi "iPhone 7"-yə əsas rəqib kimi göstərilirdi. (apa) /

Google+ WhatsApp ok.ru