Sankt-Peterburqda “İslami Mədəniyyət Günləri” keçiriləcək

İslami günlər çərçivəsində bu şəhərdə “Məhəmməd Rəsulullah (s)” filmi nümayiş olunacaq

Aprelin  27-dən may ayının 6-dək Sankt-Peterburqda  “İslami Mədəniyyət Günləri” keçiriləcək. 
 
Maide.Az xəbər verir ki,  Sankt-Peterburq şəhərinin 300 illik tarixində ilk dəfədir ki, bu şəhərdə “İslami Mədəniyyət Günləri” keçiriləcək.
 
Sankt-Peterburqda “İslami Mədəniyyət Günləri” Rusiya Federasiyası  Müsəlmanları Dini İdarəsinin, Moskva Dövlət Universitetinin, Sankt-Peterburq Universitetinin, Armitrajdövlətmuzeyi, Rusiya Elmlər Akademiyası və Əl-Mustafa (s) beynəlxalq  Universitetin təşəbbüsü ilə keçirilir. 
 
Qeyd edək ki,  Sankt - Peterburqda “İslami Mədəniyyət Günləri” çərçivəsində dünya kinematoqrafiyasının ən son şedevri “Məhəmməd Rəsulullah (s)” filmi də nümayiş olunacaq. 
 
Bundan öncə  film Moskva şəhərində nümayiş olunmuşdu.
 
 

Google+ WhatsApp ok.ru