İsa Peyğəmbərin 18-ci əsrdən qalan heykəlində məktub tapıldı-FOTO 04 Dekabr 2017 02:00 Maraq dünyası İsa Peyğəmbərin İspaniyadakı 18-ci əsrə aid heykəlinin restavrasiyası zamanı sənət əsərinin içərisində gizlədilmiş məktub aşkarlanıb. Məktubda həmin dövrə aid bir çox məlumatlar yer alıb. Heykəl ölkənin şimalında Burqos əyalətinin Sotillo de la Ribera kəndində olan Santa Agueda kilsəsində saxlanılıb. Xəttatlıqla yazılmış olan 1777-ci ildə yazılan məktublar bir rahib tərəfindən heykəlin içində gizlədib, bu da zaman kapsulu kimi sənədin qorunması ilə nəticələnib. Məktubda həmin dövrün əyləncələri, iqtisadi vəziyyət, siyasi və dini mövzular, məşhur insanlar, məşhur uşaq oyunları, yayğın xəstəliklər, məşhur buğa güləşçilərinin adları və digər məsələlər barədə detallı məlumatlar var. Həmin dövrdə Burgo de Osma katedralinin rahibi Joaquin Minguez tərəfindən imzalanan sənəd, restovrasiya şirkəti olan şirketi Da Vinci Restauro-nun işçiləri tərəfindən ortaya çıxarılıb. (faktxeber) Teqlər : #İsa Peyğəmbərin 18ci əsrdən qalan heykəlində məktub tapıldıFOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ukraynada buzdan hotel `Facebook`dan daha bir yenilik