Saxta itthamlarla saxlanılan 22 Bəhreynli haqqında məhkəmə qərar verdi

Bəhreyn Cinayət Məhkəməsi bu ölkənin 22 vətəndaşı haqqında həbs qərarı çıxarıb. 
Maide.az xəbər verir ki, Bəhreyn Cinayət Məhkəməsi  şənbə günü on səkkiz bəhreynli haqqında üç ildən səkkiz ilədək, digər dörd nəfər haqqında isə  üç ildən beş ilədək həbs qərarı çıxarıb. 
Bəhreyn məhkəməsi bu şəxsləri Daxili İşlər Nazirliyinə məxsus  patrul maşınına hücum etməkdə, aksiya və iğtişaşlar törətməkdə həmçinin silah- sursat və partlayıcı maddələrin saxlanılmasında ittiham edir.
İnsan haqlarını müdafiə təşkilatları və hüquq mərkəzləri Bəhreyn rejimini həbsxanalarda fəalları işgəncə etməkdə və onlardan yalan etiraflar almaqda ittiham ediblər.
Bəhreynli siyasi fəallara qarşı zalımcasına hökmlərin çıxarılmasının davam etməsi elə bir halda baş verir ki, bu ölkənin inqilabçı qrupları vurğulayırlar ki, hazırda Ali-Xəlifə rejiminin zindanlarında təqribən on min siyasi etirazçı saxlanılır və onlardan 150-i nəfər ömürlük həbsə məhkum edilib.
Bəhreyndə 2011-ci ildə xalq qiyam edərək siyasi islahatlar tələb ediblər və bu etirazlar bu günə kimi davam edir./
 

Google+ WhatsApp ok.ru