Saxta, yoxsa orijinal?

Bunları ayırmaq üçün bir sıra detallara diqqət yetirmək lazımdır

Son vaxtlar ölkəmizdə məşhur brendlərin adından istifadə edərək, satışa saxta məhsul çıxarma halları geniş yayılıb. İş o yerə çatıb ki, artıq vətəndaşlar orijinal malları saxtalardan ayıra belə bilmirlər. Bəs onları ayırmaq üçün hansı amillərə diqqət yetirmək lazımdır və bu hallarda istehlakçıların hüququları necə qorunur? Cavabı növbəti süjetimizdə...
 
Bir çoxları geyim və ya aksessuarların üzərində məşhur brendlərin emblemlərinin yapışdırılmasına aldanaraq, onların məhz bu markaya məxsus olduğunu düşünürlər. Əsas problem isə odur ki, bu cür saxta məhsulların ölkəmizdə satışa çıxarılması halları gündən-günə artır.
 
Mütəxəssislər də deyirlər ki, son dövrlər brend malların saxtlaşdırılması əvvəlki dövrlə müqayisədə xeyli peşəkarlaşıb. Marketoloq Yusif Vəliyevin sözlərinə görə, malın orijinallığına əmin olmaq üçün dükandan onun pasportunu tələb etmək lazımdır. Eyni zamanda hər məhsulun özünə məxsus olan kodu var. Bu kodu brendin internet səhifəsinə daxil etməklə onun haqqında məlumat əldə etmək mümkündür. Bununla yanaşı, hər məhsulun özünün gizli işarəsi də olur.
 
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin şöbə müdiri Şahin Nağıyevin sözlərinə görə, hansısa brendin adından qeyri-qanuni istifadə edildiyi zaman, həmin əmtəə nişanının sahibi təsdiqedici sənədləri təqdim etməklə şikayət edə bilər. Amma bu məsələdə istehlakçıların da hüquqları pozulduğundan onların da şikayət etmələri mümkündir.
 
Əgər saxtakarlıq faktı sübut olunarsa, bunu həyata keçirən təsərrüfat subyektinə qarşı qanunvericiliyə uyğun olaraq maliyyə sanksiyaları tətbiq edilir.xezerxeber /
 

Google+ WhatsApp ok.ru