Sayğacı olmayan abonentlərin su pulu necə hesablanacaq?- VİDEO

Bu gündən etibarən Tarif Şurasının qərarı ilə su  təhizatı və  tullantı  sularının axıdılması xidmətlərinin qiyməti artıb.
 
Belə olan vəziyyətdə smartkart sayğacından istifadə edən və bu sayğacla təmin olunmayan vətəndaşların su pulu  necə hesablanacaq?
 
''Azərsu'' Açıq Səhimdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, smart-kart tipli  sayğacdan istifadə edən vətəndaşlar bu ay üçün işlətdiyi su miqdarının yarısını köhnə , yarısını isə yeni tariflə ödəyəcək. Belə  saygaclar artıq mərkəzdən yeni tariflərə uyun olaraq  dəyişdirilib.
 
Əgər vətəndaşın  sayğacı yoxdursa, hesablama aparılarkən evdə qeydiyyatda olan şəxslərin sayına baxılacaq.
 
Suya borcu olan vətəndaşlarında borcları bu gündən etibarən yeni tariflərlə hesablanacaq. Mexaniki sayğacdan istifadə edən vətəndaşların su pulu isə fərqli hesablanacaq.
 
Qurum rəsmisi suyun qiymətinin artmasında bir neçə amilin rol oynadığını deyir.
 

Google+ WhatsApp ok.ru