Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

Sel Tovuzda 4 kəndlə əlaqəni kəsdi

Selin Tovuz rayonunda da fəsadlar törətdiyi bildirilir.
 
«Trend»in xəbərinə görə, rayon mərkəzi ilə 4 kəndin əlaqəsini təmin edən körpü dağıdıb. Aşağı Quşçu, Dondar Quşçu, Əsrik və Azaflı kəndinə gedən yolun bağlandığı söylənir.
 
Xəbərdə qeyd edilir ki, yağıntılar Tovuzçayın daşmasına səbəb olub.
 
Son günlər oxşar vəziyyət İsmayıllı və Şamaxı rayonlarında da yaranıb.
 
Hər iki rayonda bir çox kəndlərə aparan yolun üstündəki körpülərin uçduğu bildirilir.

Google+ WhatsApp ok.ru