Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlandı

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlandı

Sentyabrın 5-də gözlənilən hava şəraiti açıqlandı.
 
Maide.Az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə sentyabrın 5-də Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi, səhər saatlarında yarımadanın bəzi yerlərində zəif duman olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz  29-32, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz  təşkil edəcək.  
 
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti olacaq.
 
Sentyabrın 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22, gündüz 30-35, dağlarda gecə 9-14, gündüz  20-25 dərəcə  isti olacağı gözlənilir. 
 
Tibbi-meteoroloji proqnoz
 
Sentyabrın 5-6-da Abşeron yarımadasında sabit hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Google+ WhatsApp ok.ru