Sevil massivindən ev alanlara şad xəbər

“Sevil massivindən ev alan şəxslərə dəymiş ziyanın ödənilməsi məhkəmə qərarı ilə təmin ediləcək”.
 
Axar.az xəbər verir ki, bu açıqlama ilə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. Onun sözlərinə görə, artıq cinayət işi başa çatmaq üzrədir:
 
“Biz Sevil massivi üzrə ekspertlər təyin etmişik. Ekspertlərin rəyindən asılı olaraq, 1279 vətəndaşa dəymiş ziyan təmin edilib. Vətəndaşa dəymiş ziyanın hansı formada təmin edilməsi isə onların özündən asılıdır. Bəziləri pul, bəziləri isə başqa mənzil və ya torpaq sahəsinin verilməsini istəyir. Lakin burada bir sıra problemlərlə üzləşirik. Məsələn, vətəndaş mənzili 3-cü mərtəbədən alıb, indi isə ona dəymiş ziyanın qarşılığında 7-ci mərtəbədən ev verirlər. Onlar isə bununla razılaşmırlar. Bu kimi hallar prosesi uzadır. Digər vətəndaşlara dəymiş ziyanın ödənilməsi də məhkəmə tərəfindən təmin ediləcək. Sevil massivinin rəhbərliyinin 9 milyondan artıq əmlakları müsadirə edilib”. /

Google+ WhatsApp ok.ru