Silahlı Qüvvələrə Yardım Fondunun vəsaitləri açıqlandı

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna dekabrın 1-dək 59 milyon 196 min 80 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb. Xəbəri AzərTAc Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla yayıb.

Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Respublikası prezidentinin 17 avqust 2002-ci il fərmanı ilə yaradılıb. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir. media forum /

 

Google+ WhatsApp ok.ru