Silikon Vadisinin gələcək hədəfi: sintetik ət

Silikon Vadisinin gələcək hədəfi: sintetik ət

Müasir dövrdə hər şeyin bu qədər asan, ələçatımlı olduğu, internetin tüğyan etdiyi bir zamanda, innovativ imkanlar insanın edə biləcəyində daha artığını etmə imkanı yaradır.
 
Hazırda bununla bağlı ən diqqət çəkən məsələ sintetik ətlə bağlıdır. Sintetik ət heyvan əti yerinə buğda, soya və bəzi tərəvəzlərin köklərindən hazırlanan, görünüşündə və dadında yediyimiz ətlərə bənzəyən məhsul kimi ortaya çıxır.
 
Kimiləri ət yeyir, kimiləri isə yox. Yeməyənlərin çoxu da bunu heyvanların kəsilərkən acı çəkməsi ilə əlaqələndirir. Və bütün bunlar da vegeterianlığa aparıb çıxarır.
 
Son illər elm adamlarının maraq dairəsinə çevrilən sintetik ət də heyvanlara sevgisi olan vegeterianlar üçün şad xəbər hesab oluna bilər. Amma buna Silikon Vadisinin investorlarının sərmayə qoymasını sırf vegeterianlar üçün bir jest və ya belə demək mümkünsə onların xatirinə atılan bir addım kimi qiymətləndirmək olmaz. Hazırda dünyada əhalinin və rifahın sürətlə artmasına paralel olaraq taxıl və ət istehlakı göstəricisi çox yüksəkdir. Və demək olar ki, əvvəlki illərlə müqayisədə rekord həddədir.
 
Belə ki, günümzdə 283 milyon ton mal, keçi, qoyun, donuz və quş ətləri istehlak olunur ki, bu da 1961-ci ildəki istehlakın dörd qatına ekvivalentdir. Bu sahədə istehlakın belə yüksək olmasının getdikcə çətinlik yaradacağı da danılmazdır. İribuynuzlu heyvandarlıq həm də istixana təsiri yaradan metan qazı istehsalına və çox böyük miqdarda su istehlakına da səbəb olur. Onu da qeyd edək ki, davamlı iqtisadiyyat anlayışına önəm verildiyi dövrdə "davamsızlığı" görən elm adamları ilə iş adamları alternativ yollar tapmaq üçün işbirliyinə başlamaqdadırlar.
 
Laboratoriya şəraitində ət istehsalı ilə bağlı bir layihə üçün 2011-ci ildə işə başlayan Maastrixt Universitetinin araşdırmacısı Mark Prost keçən il avqust ayında laboratoriyada əsl ət hüceyrələrindən hazırlanmış və elektrosimülyasiya olunmuş həqiqi heyvan ətinin xüsusiyyətlərini özündə daşıyan sintetik əttən bifteği təqdim etmişdi. Bu layihənin maliyyəçisi isə Google-ın qurucularından Sergey Brinidir. Brin bu araşdırması üçün M. Prosta 250 min dollarlıq çek vermişdi. Microsoftu yaradan Bill Qeyts də, Twitterin təşəbbüskarları Biz Ston və Evan Uilyamsın qurduğu Obvious Corporationa yatırım edib. Bu layihənin başlıca investisiyalarında biri "Beyond Meat" (Ətdən sonrası) layihəsidir. Hər iki investorlar ətin yerini alacaq həqiqi ət görünüşündə və dadında, eyni zamanda tamamilə bitki mənşəli bir variant üzərində işləyir. Bütün bu investisiyaların gəlir gətirəcəyi düşünülür.
 
Digər tərəfdən, may ayında da “Alphabet”in başçısı Eric Schmidt, Los Angelesli bir düşüncə mərkəzi olan və "Şərqin Davosu" olaraq da adlandırılan Milken İnstitutunda keçirilən toplantıda texnologiya sahəsinə gələcəyin ən vacib yenilikləri sırasında sürücüsüz avtomobillərin, virtual reallıq kaskların və 3D printerlərin olacağını bildirmişdi. Bunlardan başqa əlavə etdiyi dördüncü yenilik isə olduqca maraqlı idi: Heyvan ətinə alternativ bitki tərkibli ət.
 
"Bitki mənşəli qan"
 
Alphabet şirkəti keçən il, qanlı biftekli hamburger istehsal edən “Startup İmpossible Foods”u satın almaq istədi. Biftekte istifadə edilən ərzaqların nə olması təbii ki maraqlıdır. Məlumat üçün bildirək ki, həmin biftekin tərkibi buğda, kartof və kakos yağından ibarət idi. "Bitki mənşəli qan" çıxarılmasını isə, tərəvəzlərin köklərindən alınan hemoglobinə bənzər bir zülal növü təmin edirdi.
 
Silikon Vadisində əslində ət yeməmək üstünlük təşkil edir. Steve Jobs vegeterianların öndə gedənidir desək yanılmarıq. Həmçinin Mark Zuckerberg də 2011-ci ildən bəri vegeterianlığı mənimsəməyə başlayıb. Ancaq təbii ki, şəxsi seçimlərin yatırım edilə bilən bir vasitəyə çevrilməsinə səbəb bu sahədə önəmli gəlir potensialının olmasıdır.
 
Dad və qiymət əsas amillərdir
 
Ancaq hələ iməkləmə mərhələsində olan sintetik ətin önündəki başlıca maneə ətin və balığın dadı və xərcidir. 2 il əvvəl San Fransiskoda olan sintetik biologiya mütəxəssisi IndieBio bu çətinliklə başa çıxmağa çalışır. Bu məsələ ilə bağlı araşdırma edən bir başqa şirkət New Food Waves də, qırmızı yosun əsaslı krevetləri ilə Google-ın bufetində arzuolunan nəticəni qazana bilib.
 
Sintetik ətin başqa bir çətinliyi isə maliyə sıxıntısıdır. Yarım kilo sintetik ətin istehsal xərci 9 dollarkən, eyni miqdarda mal ətinin qiyməti 2 dollardan ucuzdur. Şübhəsiz ki, sintetik ət qısa vaxt kəsimində geniş vüsət alacaq gücdə deyil. Ənənəvi ətə olan dad alışqanlığından tutmuş, maaliyəyə kimi həll edilməsi lazım olan problemləri var. Lakin elm və texnologiyanın günümüzdəki irəliləmə sürəti bunu deməyə əsas verir ki, bu problemlərin də öhdəsindən gəlinəcəkdir. (marja)

Google+ WhatsApp ok.ru