Sionist rejimin səfiri Qubaya qeyri-rəsmi səfər etdi - Səbəb

Sionist rejimin  Azərbaycandakı səfiri Rafael Harpaz Qubaya qeyri-rəsmi səfərə gedib.
 
Axar.az-a daxil olan məlumata görə, səfir Qubada evinə basqın edilən yəhudi icması rəhbəri Boris Simanduyevi və onun bıçaqlanan bacısı Liza Simanduyevanı ziyarət edib.
 
Qeyd edək ki, dekabrın 6-da naməlum şəxslər Quba rayonu Qırmızı Qəsəbə kənd sakini, Dağ Yəhudiləri Dini İcmasının rəhbəri Boris Simanduyevin evinə  basqın edib. Evə soxulan 3 nəfər şəxs Boris Simanduyevə və onun bacısı Liza Simanduyevaya ağır xəsarət yetiriblər. Cinayətkarlar evdən 130 min manata yaxın pul, eləcə də qızıl-zinət əşyaları oğurlayıblar./

Google+ WhatsApp ok.ru