Sionist rejimin yerüstü əməliyyatları uğursuz olub

 

Qəzzənin müxtəlif məntəqələrinə təcavüz  məqsədi ilə Sionist İsrail rejimi hərbçilərinin həyata keçirdikləri əməliyyatları, Fələstin Müqavimət qüvvələrinin müqaviməti nəticəsində nakam qalıb.

 Maide.az-ın  Əl-Əqsa xəbər portalına istinadən məlumatına görə,  sionist İsrail rejimi hərbçiləri bu gün (cümə 18 iyul)  Rəfəh şəhərinin şərq məntəqəsində yerləşən Əlhəsinat məntəqəsinə daxil olmaq istədikləri zaman Müqavimət qüvvləri ilə qarşılaşaraq , ağır zərbələr alarıb, geri çəkilmək məcburiyyətində qalıblar.

Həmçinin Müqavimət qüvvələri ilə Sionist hərbçiləri arasında Xanyunusun şərqi Beyti Lahiyanın şimalında yerləşən Əsqələn məntəqəsində toqquşmalar davam  etməkdədir və Sionit qoşunlarının bu məntəqəyə daxil olmaq cəhdləri uğursuz olub.

Hadisənin şahidlərinin dediklərinə əsasən, İsrail hərbçilərinin hərbi texnikaları, İzzzəddin Qəssam briqadasının müqaviməti  ilə qarşılaşıb və   geri çəkilmək məcburiyyətində qalıb.

İzzəddin Qəsam briqadaları  həmçinin bildiriblər ki, Sionit İsrail rejimin hərbçilərinin toplaşdığı bir məkanı 5 raket vasitəsi ilə hədəfə alıblar.

Sionist İsrail rejimin Qəzzəyə qarşı havadan, qurudan və dənizdən  hücumları nəticəsində indiyədək ən azı 260 fələstinli şəhid və  1950  nəfər isə yaralanıb. Yaralananların çoxunu qeyri-hərbçilər təşkil edir. Onlardan 55- az yaşlı uşaqlardır.

 

Google+ WhatsApp ok.ru