Sionist İsrail rejimi 2006-cı ildəki hücumuna görə Livana təzminat ödəyəcək

BMT Baş Assambleyası sionist İsrail rejiminin Livana 850 milyon dollar təzminat ödəməsinə əmr verib, - “DunyaBulteni”.
 
BMT qərarı sionist İsrail rejiminin 2006-cı ildə Livana hücumu zamanı yanacaq anbarlarını vurmasına görə qəbul edib. Qanun BMT Baş Assambleyasında səsverməyə çıxarılaraq qəbul olunub. Səsvermədə 170 ölkə qərarın lehinə səs verdiyi üçün qəbul olunub. 6 ölkə (Sionist İsrail rejimi, ABŞ, Kanada, Avstraliya, Mikroneziya və Marshall Adaları) qanunun əleyhinə çıxıb. 3 ölkə isə bitərəf qalıb. Sionist İsrail rejiminin BMT nümayəndəliyi qərarın “qərəzli” olduğunu iddia edib.
 
BMT Baş katibi Pan Gi Mun yazılı açıqlama verərək sionist İsrail hökumətinin neft sızmasının səbəb olduğu zərərdə məsuliyyət daşıdığını bildirib.
 
Qeyd edək ki, sionist İsrail rejimi 2006-ci ildə Livanın Hizbullah təşkilatına qarşı hücum etmişdi. Hücum əsnasında yanacaq anbarlarını partlatmışdı.deyerler /

Google+ WhatsApp ok.ru