Siqaretin qiymət qalxır

Tütünə qarşı mübarizə üzrə milli strategiya layihəsi çərçivəsində ölkədə siqaretin qiymətində artım ola bilər.
Axar.az xəbər verir ki, qarşıdan gələn vaxtlarda siqaretə qarşı mübarizə üzrə görülən tədbirlər nəzərə alınmaqla, tütün məmulatının qiymətinin artması tendensiyası müşahidə olunacaq.
Əldə etdiyimiz məlumata görə, markasından asılı olmayaraq bütün siqaret növlərində 30-50 qəpik artım gözlənilir.
Bildirək ki, bir müddət öncə qiymət artımı ilə bağlı “European Tobacco Baku” ASC (ETB) tütün şirkətinin İdarə Heyətinin sədri Rüfət Quliyev Milli.az-a açıqlama vermişdi. Onun sözlərinə görə, siqaretin qiyməti gec-tez qalxmalıdır:
“Ümumilikdə Avropa və dünya iqtisadiyyatına fəal inteqrasiya şübhəsiz ki, siqaretin qiymətinə təsir edəcək. İstənilən halda bu məsələ hökumətin ixtiyarında qalacaq, lakin fikrimcə, Azərbaycan gec-tez siqaretin qiymətini yüksəltmək zərurəti ilə qarşılaşacaq”.
Xatırladaq ki, tütündən istifadənin getdikcə artmasına, dünya səviyyəsində insan sağlamlığının təhlükəli həddə çatmasına və tütün şirkətlərinin bazar yaratma strategiyalarına qarşı ÜST-nin 56-cı Ümumdünya Səhiyyə Assambleyasında 21 may 2003-cü il tarixdə bu mövzuda ilk millətlərarası razılaşma xüsusiyyətlərini daşıyan “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyası imzalanıb. Azərbaycan 2005-ci ilin 01 noyabr tarixində sənədi ratifikasiya edib. 2011-ci ildə isə ölkədə tütünə qarşı mübarizə üzrə milli strategiya layihəsi hazırlanıb.
Məlumat üçün bildirək ki, ölkədə 2,5 milyondan artıq siqaret istifadəçisi var./
 

Google+ WhatsApp ok.ru