Siqaret kötüyünü yerə atanlar cərimələnəcək - 68 avro 02 Oktyabr 2015 01:00 Xəbərlər Siqaret kötüyünü küçəyə atdın – 68 avro cərimə ödə. Parisin təmiz və gözəl olması üçün Fransa paytaxtının hökuməti belə tədbirə əl atıb. Maide.az xəbər verir ki, cərimə sistemi oktyabrın 1-dən qüvvəyə minib. Şəhər administrasiyası nümayəndəsinin sözlərinə görə, Paris küçələrindən hər il 350 ton siqaret kötüyü yığılır. Onlara hər yerdə - səkilərdə, bağçalarda, çəmənlikdə və hətta uşaqların oynadığı qum meydançalarında rast gəlmək olar. Məhz bu səbəbdən hökumət Parisi sevənlərin hamısını siqaret kötüklərini yerə atmamağa çağırır. Fransızlar üçün 68 avro kiçik məbləğ deyil. Bu pulla 10 qutu siqaret almaq olar. Cərimə Paris sakinlərini və qonaqları şəhəri zibilləməkdən çəkindirə bilər. Bu il şəhər hökuməti Parisdə külqabı quraşdırılmış 30 min əlavə zibil qutusu yerləşdirib. Görülən tədbirlər nəinki şəhəri təmiz saxlamaq, həmçinin küçələrdən zəhərli tullantıları yığışdırmaq məqsədi daşıyır. Euronews / Teqlər : #Siqaret kötüyünü yerə atanlar cərimələnəcək 68 avro, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Rusiyanın İŞİD-ə qarşı əməliyyatları 3-4 ay davam edəcək ABŞ şirkətləri Qarabağı oylağa çeviribmiş - SİYAHI verildi