Siyəzənlə Xızının qaz təchizatı məhdudlaşdırılır 07 Noyabr 2016 02:00 Ölkə Sabah SOCAR-ın “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəməri sahəsində carı təmir işləri aparılacaq. SOCAR-dan Maide.Az-a verilən məlumata görə, noyabrın 08-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral qaz kəmərləri sahəsinin “Yaşma” və “Giləzi” qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq. Təmir müddətində aparılan işlərin Siyəzən və Xızı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür. / Teqlər : #Siyəzənlə Xızının qaz təchizatı məhdudlaşdırılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Çadırda yaşayan ailə Sabah `20 yanvar` stansiyasının təmirə bağlanan cıxışı açılır (FOTO)