Siyasi qrupların Kərbəlaya girişi qadağan olundu

Siyasi qrupların Kərbəlaya girişi qadağan olundu

Kərbəla valisi Aqil əl-Tureyhi Tasua və Aşura günlərində təşkil olunan matəm mərasimləri münasibətilə siyasətçilərin karvanlar və siyasi heyətlər formasında Kərbəlaya girməsinin qadağan olunduğunu açıqlayıb. 
 
Maide.Az İQNA-a istinadən xəbər verir ki, A.Əl-Tureyhi Tasua və Aşura günləri münasibətilə İmam Hüseyn (ə) və həzrət Əbəlfəzl Abbasın (ə) hərəmlərini ziyarət etmək üçün  İraqın daxilindən və digər ölkələrdən gələn zəvvarların sayının artdığını bildirib.  “İmam Hüseyn (ə) ziyarətinin hər hansı bir  formada pis məqsədlər üçün istifadəsi qadağandır”. 
 
Siyasi heyətlərin və karvanların Kərbəlaya girişinin qadağan olunduğunu deyən  Aqil əl-Tureyhi  deyib ki, siyasi fəaliyyəti olan şəxsiyyətlər öz avtomobilləri ilə silahsız Kərbəlaya girə bilərlər.  
 
Kərbəla Səhiyyə İdarəsinin baş direktoru Sabah Nur Hadi  bildirib ki,  zəvvarların tibbi xidmətlərə olan tələbatını təmin etmək üçün 92 təcili tibbi yardım,  27  tibb qrup və 23 səhiyyə ocağı fəaliyyət göstərəcək. 
 
 
 

Google+ WhatsApp ok.ru